Bank Of Baku

Nardaran ağsaqqalları həmkəndlilərinin polis tərəfindən saxlanması ilə bağlı Sabunçu rayon prokuroru ilə görüşüblər

Nardaran ağsaqqalları həmkəndlilərinin polis tərəfindən saxlanması ilə bağlı Sabunçu rayon prokuroru ilə görüşüblər
# 26 yanvar 2009 12:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Nardaran Ağsaqqallar Şurasının üzvləri qəsəbə sakini Hacı Əli Hüseynovun polis tərəfindən saxlanması ilə bağlı Sabunçu rayon prokuroru Ceyhun Şirinovla görüşüblər. Ağsaqqallar Şurasının üzvü Məşədi Natiq Kərimov APA-ya bildirib ki, görüşdə məsələnin şişirdildiyi prokurorun diqqətinə çatdırılıb: “Qəsəbə ağsaqqalları xahiş etdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Hacı Əli Hüseynov zaminə buraxılsın. Məhkəmə olsun. Biz buna etiraz etmirik”.

N. Kərimov deyib ki, Ə. Hüseynovun polisdə saxlanması ilə bağlı hələlik məhkəmə qərarı verilməyib: “Bu isə qanunvericiliyə ziddir. Prokurora bildirdik ki, Sabir Rüstəmxanlı ilə bağlı problem həllini tapıb. Belə olan halda Hacı Əlinin polisdə saxlanmasına nə ehtiyac var?” N. Kərimov bildirib ki, görüşdə rayon prokuroru işlə bağlı aidiyyəti qurumlara müraciət edəcəyini və problemin müsbət həll olunmasına çalışacağını qeyd edib.

Qeyd edək ki, 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının öldürülməsinə dair səslənmiş hədələrlə bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran sakini Hacı Əli Hüseynov yanvarın 24-də şübhəli şəxs qismində saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR