Bank Of Baku

Gəncə Beynəlxalq Hava Limanında bıçaqlanma hadisəsi olub

Gəncə Beynəlxalq Hava Limanında bıçaqlanma hadisəsi olub
# 26 yanvar 2009 13:22 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Bu gün səhər saat 9.00 radələrində Gəncə Beynəlxalq Hava Limanında bıçaqlanma hadisəsi olub. Gəncə Beynəlxalq Hava Limanının direktoru Bəylər Nəcəfov APA-nın qərb bürosuna bildirib ki, limanda dispetçer işləyən Babakişiyev Camal Vidadi oğlu həmkarı Verdiyev Vidadi Nizami oğlunu bıçaqlayıb. Qarın boşluğundan bıçaq yaraları alan V. Verdiyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilib.
Məlumata görə, hadisəyə şəxsi zəmində baş verən münaqişə səbəb olub.
C. Babakişiyev saxlanılıb.
Faktla bağlı Gəncə Beynəlxalq Hava Limanının Polis Xidmətində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR