Bank Of Baku

İranda azərbaycanlı fəal Həsən Əsədi həbs edilib

İranda azərbaycanlı fəal Həsən Əsədi həbs edilib
# 26 yanvar 2009 14:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Həsən Əsədi İran Təhlükəsizlik və İnformasiya Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılıb. Güney Azərbaycan İstiqlal Partiyasının Araşdırma və İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, ötən il zaminə buraxılan H. Əsədi bu il yanvarın 19-da məhkəməyə çağırılıb. Lakin o, məhkəməyə qeyri-qanuni çağırılmasına və irəli sürülən ittihamlara etiraz əlaməti olaraq məhkəməyə getməkdən imtina edib. Yanvar 20-də xüsusi xidmət əməkdaşları H. Əsədinin evinə gedərək onu özləri ilə aparıblar.

Qeyd edək ki, H. Əsədi milli fəaliyyətinə görə bir neçə dəfə də hüquq-mühafizə orqanları tərəfindən tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR