Bank Of Baku

Azərbaycan paytaxtında doğranmış meyit tapılıb

Azərbaycan paytaxtında doğranmış meyit tapılıb
# 26 yanvar 2009 14:53 (UTC +04:00)
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün saat 17.00 radələrində, Zabrat qəsəbəsi, Oktyabr küçəsindən keçən dəmiryolu xəttinin kənarında doğranmış vəziyyətdə, 20-25 yaşlarında şəxsin meyit tapılıb. Hadisə barədə 15-ci Polis Bölməsinə məlumat daxil olan kimi, dərhal əməliyyat qrupu yaradılıb. Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin şəxsiyyətinin, qətli törədən şəxsin kimliyinin və hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində iş aparır.

İlkin ehtimala görə, qətl hadisəsi həmin ərazidə baş verməyib. Doğranmış meyitin həmin əraziyə dəmiryolu xətti ilə hərəkət edən qatardan atılması da versiyalar sırasındadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR