Bank Of Baku

Zərdüşt Əlizadənin oğlunun həbsi barədə qərardan verilmiş apellyasiya şikayətinə yanvarın 28-də baxılacaq

Zərdüşt Əlizadənin oğlunun həbsi barədə qərardan verilmiş apellyasiya şikayətinə yanvarın 28-də baxılacaq
# 26 yanvar 2009 15:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Politoloq Zərdüşt Əlizadənin oğlu Salur Əlizadə barəsində Nəsimi rayon Məhkəməsində seçilmiş 2 aylıq həbs-qətimkan tədbiri qərarından verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində yanvarın 28-də baxılacaq. S. Əlizadənin vəkili Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, hakim Qail Məmmədov sədrliyi ilə keçiriləcək məhkəmə prosesində Nəsimi rayon Məhkəməsinin qərarının ləğvi xahiş olunacaq.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü S. Əlizadə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində yanvarın 21-də saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından arıq miqdarda əldə etmə və saxlanma) cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR