Bank Of Baku

İsrailin Azərbaycandakı səfirliyini partlatmaq istəyən “Hizbullah”a bağlı qrupdan “şəhid kəmərləri” götürülüb

İsrailin Azərbaycandakı səfirliyini partlatmaq istəyən “Hizbullah”a bağlı qrupdan “şəhid kəmərləri” götürülüb
# 26 yanvar 2009 15:48 (UTC +04:00)
Bakı - APA. Bakıda İsrail səfirliyinə qarşı terror aktı hazırlayan qrupun istintaqı mart ayında başa çata bilər. APA-nın Lent.az-a istinadən verdiyi məlumata görə, terror aktını hazırlayan qrup 2008-ci il dekabrın sonunda həbs edilib.

Məlumatda bildirilir ki, “Hizbullah”a aid olduğu bildirilən qrupun tərkibi İran və Azərbaycan vətəndaşlarından ibarət olub. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilən dəstənin silah-sursatı və xüsusi olaraq bu cür qanlı aksiyalar üçün nəzərdə tutulan 2 ədəd “şəhid kəməri” aşkarlanaraq götürülüb (“şəhid kəməri” - intiharçı kamikazelərin özünü partlatmaq üçün bədəninə geyindiyi, partlayıcı qurğu və sursatlarla təchiz edilmiş kəmərdir).

APA-nın “MİGnews” saytına istinadən yaydığı məlumata görə, “Hizbullah”ın İsrailin Azərbaycandakı səfirliyinə qarşı planlaşdırdığı terror aktının qarşısının alınması barədə Küveytin “Əl-Vətən” qəzeti xəbər yayıb. Rusiyadakı etibarlı mənbələrə istinadən yayılmış məlumatda bildirilir ki, Azərbaycan təhlükəsizlik orqanları “Hizbullah”ın planlaşdırdığı terror aktının qarşısını alıblar. Terror aktı “Hizbullah”ın hərbi liderlərindən İmad Muqniyənin qətlinin qisasını almaq kimi nəzərdə tutulubmuş. Qeyd edək ki, İmad Muqniyə 2008-ci ilin fevralında Dəməşqdə qətlə yetirilib.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqə Mərkəzinin rəhbəri Arif Babayev isə APA-ya bu cür məlumatlarla bağlı şərh vermədiklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR