Bank Of Baku

Bölmə rəisi: “Sabunçuda tapılan meyit tikə-tikə doğranıb, torbalara doldurularaq dəmiryolu xəttinin kənarına atılıb”

Bölmə rəisi: “Sabunçuda tapılan meyit tikə-tikə doğranıb, torbalara doldurularaq dəmiryolu xəttinin kənarına atılıb”
# 26 yanvar 2009 16:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Sabunçu rayonu ərazisində tapılmış meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir”. Bu sözləri APA-ya açıqlamasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi İlham Əhmədov deyib. Onun sözlərinə görə, tapılmış meyitin 40-45 yaşlarında kişi olduğu artıq müəyyən edilib: “Meyit tikə-tikə doğranıb, torbalara doldurularaq dəmiryolu xəttinin kənarına atılıb”.

Qeyd edək ki, bu gün saat 17.00 radələrində, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsindən keçən dəmiryolu xəttinin kənarında doğranmış vəziyyətdə meyit tapılıb. Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin şəxsiyyətinin, qətli törədən şəxsin kimliyinin və hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində iş aparır.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR