Bank Of Baku

Qadın bir dəfəyə 8 uşaq doğub

Qadın bir dəfəyə 8 uşaq doğub
# 27 yanvar 2009 07:09 (UTC +04:00)
Bakı – APA. Amerikada qadın bir dəfəyə dünyaya 8 uşaq gətirib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bununla o, dünyada bir dəfəyə 8 uşaq doğan ikinci ana olub. Həkimlərin sözlərinə görə, Los-Ancelesin cənubundakı “Kaiser Permanante” xəstəxanasında dünyaya gələn körpələr özlərini yaxşı hiss edirlər. Onlardan 6-sı qız, 2-si oğlandır. Uşaqların çəkisi 800 qramdan 1.5 kq-a qədərdir.

Ananın adı, yaşı və digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, analoji fakt 1998-ci ildə ABŞ-ın Hyuston şəhərində qeydə alınıb. Lakin körpələrdən biri doğuşdan 1 həftə sonra dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR