Bank Of Baku

Azərbaycan paytaxtında avtomobilləri qarət edən mütəşəkkil dəstə zərərsizləşdirilib

Azərbaycan paytaxtında avtomobilləri qarət edən mütəşəkkil dəstə zərərsizləşdirilib
# 27 yanvar 2009 07:17 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi, 13-cü Polis Bölməsi və Dövlət Yol Polisi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı məlum olub ki, dörd nəfərdən ibarət dəstə üzvləri gecə saatlarında Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, 55-də yerləşən “Almalı” marketin qarşısına gələrək ətrafdakı maşınlara göz qoyublar. Bu zaman 1983-cü il təvəllüdlü Mehdiyev Elçin Qaçay oğlu özünə məxsus “Mercedes” markalı, 10 VK 211 dövlət nömrə nişanlı maşını marketin qarşısında saxlayıb və alış-veriş etmək üçün içəri girib. Fürsətdən istifadə edən dəstə üzvləri maşına yaxınlaşıb, şüşəni sındıraraq içəridə olan çantanı götürüb qaçmaq istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıblar.

Dəstə üzvləri tutularaq 13-cü Polis Bölməsinə gətiriliblər. Məlum olub ki, onlar - 1979-cu il təvəllüdlü Babayev Namiq Kərim oğlu, 1976-cı il təvəllüdlü Sucayev İlham Qəzənfər oğlu, 1974-cü il təvəllüdlü Haqverdiyev Çingiz Novruz oğlu və 1975-ci il təvəllüdlü Xəyalov Əzəmət Bilal oğlu son bir ayda qeyd olunan ünvanda bir neçə dəfə analoji cinayətlər törədiblər. Saxlanılan şəxslər dindirilmə zamanı özləri də bunu etiraf ediblər. Dəstə üzvü Əzəmət Xəyalov ifadəsində bildirib ki, 2008-ci il dekabrın 22-də, 1984-cü il təvəllüdlü İsmayılov Elşən Musa oğluna məxsus “Hyundai Tucson” markalı avtomobildən şüşəni sındırma yolu içərisində 140 manat olan qadın çantasını, 2009-cu il yanvarın 9-da isə eyni ünvanda 1977-ci il təvəllüdlü Rüstəmov Əli Tofiq oğluna məxsus “Mercedes” markalı, 10 TM 344 dövlət nömrə nişanlı maşından eyni üsulla içərisində 150 manat olan çantanı götürüb hadisə yerindən qaçıb. Daha bir cinayət hadisəsində isə Ə. Xəyalova digər dəstə üzvü Ç. Haqverdiyev kömək edib. Onlar bu il yanvarın 20-də eyni ünvana gələrək, 1973-cü il təvəllüdlü Əbdürrəhmanov Əsəd Əbdürrəhman oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 UJ 192 dövlət nömrə nişanlı maşının şüşəsini sındırıb içəridə olan noutbuku oğurlayaraq hadisə yerindən qaçıblar. Dəstə üzvlərinin cinayət hadisələrinin hamısını eyni ünvanda, eyni vaxtlarda, eyni üsulla törətdikləri bildirilir.

Hazırda istintaq cinayətkar dəstənin digər hadisələrdə iştirak edib-etmədiyini araşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR