Bank Of Baku

Xabarovskda azərbaycanlını qətlə yetirən şəxslərə hökm oxunub

Xabarovskda azərbaycanlını qətlə yetirən şəxslərə hökm oxunub
# 27 yanvar 2009 07:30 (UTC +04:00)
Xabarovsk-APA. Xabarovsk vilayət məhkəməsi öz tarixində ilk dəfə olaraq milli zəmində törədilən qətllə bağlı qərar çıxarıb. APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə ötən ilin martında azərbaycanlı taksi sürücüsü Rasim Yəhya oğlu Şahverdiyevi qətlə yetirən şəhər sakinləri Aleksandr Şemelin və Dmitri Paponov 14 il müddətinə azadlıqdan məhrum ediliblər. Mühakimə olunan şəxslər isə qətli milli zəmində törətdiklərini inkar edirlər. Məhkəmə materiallarına əsasən Şemelin və Paponov əvvəlcədən planllaşdıraraq Azərbaycan vətəndaşı Rasim Şahverdiyevi qətlə yetiriblər. Paponov sürücünü arxadan tutub, Şemelin isə soydaşımıza 24 bıçaq zərbəsi endirib. Qatil hadisə yerində həbs olunub, Dmitri Paponov isə hadisədən bir ay sonra saxlanıb. Saxlanan şəxslər qafqazlılara nifrət etdiklərini, bu səbəbdən Xabarovsk şəhərini qafqazlılardan təmizləməyə qərar verdiklərini bildiriblər. Axtarış zamanı Şemelinin mənzilində çoxlu sayda millətçi və faşist ədəbiyyatı aşkarlanıb. Şemelin və Paponov isə hadisəni içkili vəziyyətdə və mübahisə zəminində törətdiklərini deyərək məhkəmə qərarından apellyasiya şikayəti verməyə hazırlaşırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR