Bank Of Baku

Bakıda ölümlə nəticələnən yol qəzası olub

Bakıda ölümlə nəticələnən yol qəzası olub
# 27 yanvar 2009 07:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda “KamAz” markalı avtomaşınla minik maşınının toqquşması bir nəfərin ölümü ilə nəticələnib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xocasən qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Bibiquliyev Rəşad Elşən oğlunun idarə etdiyi “VAZ-21011” markalı, 10-DK-448 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə hərəkət edən, 1964-cü il təvəllüdlü Əliyev Çingiz Tapdıq oğlunun idarə etdiyi “KamAz” markalı, 19 BE 409 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində “VAZ-21011”in sürücüsü R. Bibiquliyev hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR