Bank Of Baku

Tikinti aparılan binadan oğurluq edən şəxs həbs edilib

Tikinti aparılan binadan oğurluq edən şəxs həbs edilib
# 27 yanvar 2009 07:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Monolit Piramida” MMC-nin tikinti işləri apardığı ərazidən oğurluq edən şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 23-dən 26-na qədər 1961-ci il təvəllüdlü Bəkirov İslam Mövsüm oğluna məxsus “Monolit Piramida” MMC-nin yeni tikdiyi binadan 31 ədəd elektrik açarının oğurlanması barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat daxil olub. Daxil olan məlumat əsasında rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş, 1972-ci il təvəllüdlü Ələkbərov Vüqar Tofiq oğlu tutularaq məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR