Bank Of Baku

Stepan Şaumyanın nəvəsi Sahil bağındakı məzarlıqdan yalnız 23 cəsədin qalıqlarının tapılmasına münasibət bildirib

Stepan Şaumyanın nəvəsi Sahil bağındakı məzarlıqdan yalnız 23 cəsədin qalıqlarının tapılmasına münasibət bildirib
# 27 yanvar 2009 11:13 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri “Kommersant” qəzetinə müsahibəsində açıqlamasında Stepan Şaumyanın nəvəsi Tatyana Şaumyan söyləyib. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Hindistanla bağlı tədqiqatlar mərkəzinin rəhbəri olan Tatyana Şaumyan babasının Hindistana qaçırılması barədə araşdırmalara aparıldığını bildirib: “Bu versiyanı araşdıran şərqşünas Leonid Mitroxin söylənənlərin həqiqətəuyğun olmadığını dəlillərlə sübuta yetirib. Bakı komissarları Ağcaqum çölündə güllələndikdən sonra onların cəsədlərinin Bakıya gətirilərək dəfn olunduğu iki il ərzində çox şey ola bilərdi. Lakin 26 nəfərin hamısının məzarlıqdan dəfn olunmadığına inanmaq mümkün deyil. Çünki arxivdə cəsədlərin hamısının lentə alındığı kinoxronka var. Bundan başqa nənəm və digər qohumlarımız da dəfn mərasimində iştirak ediblər”. Tatyana Şaumyan məzarlıqda yalnız 23 cəsədin qalıqlarının aşkarlanmasına da özünəməxsus şərh verib: “Əgər doğurdan da məzarlıqda 3 komissarın cəsədinin qalıqları yoxdursa, cəsədlərin oradan çıxarılması 1920-ci ildən sonra baş verə bilər. Stalinin babmdan zəhləsi gedirdi. 1937-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mircəfər Bağırov Moskvaya gələrək bizim ailəmizi repressiya etdirmək istəyib və sübut eləməyə çalışıb ki, biz Azərbaycan xalqının düşmənləriyik”. Qeyd edək ki, Bakı şəhər icra hakimiyyəti “Sahil” bağındakı abidənin demontajı zamanı oradakı məzarlıqdan yalnız 23 cəsədin qalıqlarının aşkarlandığını barədə məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR