Bank Of Baku

Azərbaycan paytaxtında xüsusi amansızlıqla qətlə yetirilmiş naməlum kişinin fotosu hazırlanıb

Azərbaycan paytaxtında xüsusi amansızlıqla qətlə yetirilmiş naməlum kişinin fotosu hazırlanıb
# 27 yanvar 2009 12:07 (UTC +04:00)
Faktla bağlı artıq Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işinin başlanıb, istintaq tədbirləri davam etdirilir. Məlumatda törədilmiş ağır cinayət hadisəsinin açılması üçün meyitin şəxsiyyətinin müəyyən olunmasının zəruriliyi bildirilir.

Qeyd edək ki, ötən gün saat 16.00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-1 dəmiryol stansiyası platformasının yaxınlığında dəmiryol reyslərinin kənarında kolların arasında 2 ədəd sintetik parçadan hazırlanmış iri yol çantasının içərisində göy rəngli sellofan torbalara bükülmüş, başı, bədəni, ayaqları və əlləri kəsilmiş, bədənin aşağı və yuxarı ətrafları ayrı-ayrı hissələrə bölünmüş, təqribən 45-50 yaşlarında, başının orta hissəsi keçəl olan, sarımtıl enli bığlı, üst dişləri protez, alt dişləri olmayan naməlum kişi meyiti aşkar olunub.

Onu tanıyanlardan aşağıdakı nömrələrə zəng etmələri xahiş olunur.

Əlaqə telefonları: 450-02-02, 450-00-01, 050-210-61-74,

DİN-nin 102 xidməti
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR