Naxçıvan MR-in Bakıdakı nümayəndəliyi Sədərək sakini İsmayıl Hüseynovun saxlanması ilə bağlı açıqlama yayıb
Bu barədə APA-ya Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyindən daxil olan açıqlamada bildirilib. Açıqlamada qeyd olunub ki, qərəzli və təxribat xarakteri daşıyan bu məlumatlar real vəziyyətlə üst-üstə düşmür: “Belə ki, İsmayıl Hüseynovun şikayətinin məzmunu əsassız olaraq qaldırılan mənzil iddiası ilə bağlıdır. 2008-ci ildə Naxçıvan Muxtar Respublikasında müharibə əlilləri, şəhid və qaçqın ailələri üçün 36, o cümlədən Sədərək rayonunda 4 dörd belə mənzil tikilib və müvafiq kateqoriyadan olan ailələrə paylanıb. Heç bir əsas olmadan bu mənzillərin bölgüsü zamanı narazılıq edən İsmayıl Hüseynov sayca üçüncü nikahda olduğu Hüseynova Laləzar Abo qızının bundan əvvəlki üçüncü nikahından əlil doğulmuş oğlu Həsənov Elvin Elman oğluna da ev verilməsi tələbini irəli sürüb. O, bununla bağlı Sədərək rayon İcra Hakimiyyətinə və digər orqanlara müraciət edib”.
Məlumata görə, qeyd olunan təşkilatlarda İ. Hüseynova şikayətinin əsassız olması, mənzillərin şəhid ailələrinə, müharibə əlillərinə verilməsi izah olunsa da o, bu il yanvarın 3-də Sədərək rayon İcra Hakimiyyətinin inzibati binasına gələrək İcra Hakimiyyəti başçısının iş otağına daxil olub, yenidən ev tələbi ilə bağlı səs-küy salaraq İcra Hakimiyyəti başçısını əlindəki ağacla vurub: “İsmayıl Hüseynov İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində protokol tərtib edilib. Yanvarın 5-də Sədərək rayon Polis Şöbəsində İsmayıl Hüseynovun izahatı alınarkən o, özünü aqressiv aparıb. Danışarkən sözləri arasında əlaqələrin itməsi İsmayıl Hüseynovun psixi vəziyyəti barədə şübhə yaratdığından Sədərək rayon Mərkəzi Xəstəxanasından həkim dəvət olunub, baş həkim Nəriman Seyidovun 2009-cu il 5 yanvar tarixli 1/3 saylı göndəriş məktubu ilə o, psixi xəstəliyin olub-olmaması üçün Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinə göndərilib. Dispanserdə İsmayıl Hüseynova “yaşla əlaqədar psixopatik pozuntu” diaqnozu qoyulub. İsmayıl Hüseynov yanvarın 5-dən 12-dək Psixi Xəstəliklər Dispanserində müalicə olunub. Yanvarın 12-də İsmayıl Hüseynovun birinci həyat yoldaşından olan oğlu Fəxrəddin Hüseynovun ərizəsinə əsasən müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərinə aparılıb. Müalicə kursu keçən İsmayıl Hüseynov hal-hazırda Sədərək rayonunun Heydərabada qəsəbəsindəki evində yaşayır”.
Açıqlamada qeyd olunub ki, Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyi İ. Hüseynovla əlaqədar aparılan kampaniyanı qətiyyətlə pisləyir, bütün etika və əxlaqa uyğun olmadığını bəyan edir.
Hadisə
Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə Azarbaycana gətiriləcək
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Xəbər Lenti
Konqoda Eboladan ölənlərin sayı 447-yə çatıb
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
"Bitcoin"in qiyməti 61 min dolları ötüb
Venesuelada zəlzələ qurbanlarının sayı 2595-ə çatıb
Silahlılar Mərkəzi Afrika Respublikasında sərhəd şəhərini ələ keçiriblər, 28 nəfər ölüb
DÇ-2026: Portuqaliya 1/8 finala yüksəlib
Tramp sərvətinin trilyon dollara çatması münasibətilə Maskı təbrik edib
ABŞ Sahil Mühafizə Xidməti 3,3 milyard dollar dəyərində altı buzqıran gəmi sifariş edib
Tramp: Cəmi 4 aya İran üzərində tam hərbi qələbə qazandıq, ABŞ-ın əvvəlki müharibələri isə illərlə davam edirdi
Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
DÇ-26: İspaniya 1/8-ə 3 qolla yüksəlib
Monakoda ukraynalı biznesmenə qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib
ABŞ İrana Hörmüz boğazından pulsuz keçid müqabilində dondurulmuş aktivlərini qaytarmağı vəd edib
Rutte: Avropa və Kanada iki il ərzində müdafiə xərclərini 250 milyard dollar artıracaq
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - FOTO - YENİLƏNİB-5
Rusiyadan üzən və may ayında Fransa tərəfindən saxlanılan tanker lövbər saldığı ərazini tərk edib
Payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 6 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB-2
Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə Azarbaycana gətiriləcək
Ursula Fon der Lyayen Azərbaycana və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Nəsimi rayonunda “Polis Günü”qeyd olunub
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırıb
Polşada iki il ərzində anti-Ukrayna aksiyaları təşkil edən Rusiya agentləri ifşa olunub
Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Ermənistan Naxçıvana və Türkiyəyə gedən dəmir yolu xətlərini bərpa edəcək
İranın Ali Rəhbərinin nümayəndəsi: Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək
Ermənistan dəmir yoluna dair müqaviləni Rusiya ilə birtərəfli qaydada ləğv etməyəcək
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1400-ü keçib
Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Şavkat Mirziyoyev Gürcüstana səfər edib
Türkiyə və Azərbaycan elektrik enerjisinin ötürülməsi imkanlarını nəzərdən keçirib
Azərbaycan və Türkiyə HHQ komandanları hərbi aviasiya sahəsində əməkdaşlığı müzakirə edib
Paşinyan: Aİ Ermənistandan ixrac olunan bir sıra məhsullar üçün rüsumsuz rejim tətbiq edib
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Tramp: ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Arzu Nağıyev: Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdır