Bank Of Baku

DİN-in 102 xidmətinə qeyri-dəqiq zəng daxil olub

DİN-in 102 xidmətinə qeyri-dəqiq zəng daxil olub
# 27 yanvar 2009 14:33 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Daxili İşlər Nazirliyinin 102 xidmətinə qeyri-dəqiq telefon zəngi daxil olub. Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən APA-ya verilən məlumata görə, bu gün 102 xidmətinə rayonun Hövsan qəsəbəsində yerləşən 22 saylı yataqxanada qonşular arasında dava düşməsi barədə məlumat verilib. Məlumata görə, sözügedən yataqxanada yaşayan Atakişi Xankişevlə qonşusu Natiq arasında ilk əvvəl mübahisə yaranıb və bu sonradan dava ilə nəticələnib. Daxil olan məlumat əsasında 30-cu Polis Bölməsi əməkdaşları tərəfindən dərhal əməliyyat qrupu yaradılaraq hadisə yerinə göndərilib. Hadisə yerinə yetişən əməliyyat qrupu adıçəkilən ünvanda heç bir münaqişənin baş vermədiyinin şahidi olublar. Araşdırmalar nəticəsində məlum olub ki, dava edən yuxarıda adıçəkilən şəxslər deyil, onların 2 və 4 yaşlı övladları arasında olub. Artıq Suraxanı polisi qeyri-dəqiq məlumatı 102 xidmətinə ötürən şəxsin nömrəsini və şəxsiyyətini müəyyən edib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR