Bank Of Baku

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru: ““Sahil bağı”nda 26 deyil, 23 Bakı komissarının skeleti aşkarlanıb”

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru: ““Sahil bağı”nda 26 deyil, 23 Bakı komissarının skeleti aşkarlanıb”
# 27 yanvar 2009 14:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. ““Sahil bağ”ında qazıntılar zamanı çıxarılan skeletlərin şəxsiyyəti barədə indidən heç bir fikir söyləmək olmaz. Hazırda bununla bağlı təhqiqat aparılır”. Bu sözləri APA-ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev deyib. Onun sözlərinə görə, 26 Bakı komissarları kimi tanınan həmin şəxslərin kimliyini müəyyənləşdirmək üçün hazırda Bakı Şəhəri İcra Hakimiyyətinin rəhbərliyi altında Azərbaycan Milli Elmlər Akademiyası, Milli Arxiv İdarəsi ilə birgə əlavə tədqiqatlar aparılır: “Bu tədqiqatlar yekunlaşmadığı üçün dəfn edilənlərin arasında Stepan Şaumyanın olub-olmadığı barədə də indidən heç bir fikir söyləmək mümkün deyil”.

Ş. Musayev “Sahil bağı”nda 26 deyil, 23 Bakı komissarının skeletinin aşkarlandığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR