Bank Of Baku

Radikal dini qruplaşma üzvləri məhkəmədə əlbəyaxa olublar

Radikal dini qruplaşma üzvləri məhkəmədə əlbəyaxa olublar
# 27 yanvar 2009 15:48 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Samir Əliyevin həbs olunana qədər çalışdığı 14 saylı Təmir Tikinti İdarəsində şöbə müdiri işləyən Aydın Sadıqov şahid qismində ifadə verib. O, Samir Əliyevlə vaxtaşırı dini söhbətlər etdiyini, aralarında islam dini ilə bağlı fikir ayrılığı yarandığını deyib. A. Sadıqov deyib ki, onların arasında ölkənin idarə olunması ilə bağlı fikir ayrılığı olub.
Kamran Əsədovla A. Sadıqov arasında dini zəmində mübahisə yaranıb. Təqsirləndirilən Samir Mehbalıyev isə Nərimanov rayon Dindarları Dini İcmasının rəhbəri Hacı Qamət Süleymanovun prosesə dəvət olunmasını istəyib. Digər təqsirləndirilənlər də onun istəyini dəstəkləyiblər. A. Sadıqovun fikirlərinə emosional şəkildə etiraz edən Kamran Babayev məhkəmə prosesini “teatr” adlandırıb: “Bunlar hamısı qamətlərdir. Qamət Süleymanovun davamçılarıdır. Ölkədə ərəbləşməni təbliğ edirlər”.
Təqsirləndirilən Hacıbala Hüseynov isə A. Sadıqovun müəlliminin Hacı Qamət olduğunu deyib. Bundan sonra prosesdə təqsirləndirilən Edqar Əliyevin vəfat edən babasının ibtidai istintaqda verdiyi ifadə açıqlanıb. Məhkəmədə Hacıbala Hüseynovun tanışı, MTN-in keçmiş şöbə rəisi Vüqar Ömərov şahid qismində dindirilib. O, H. Hüseynovu müsbət şəxs kimi xarakterizə edib.
Daha sonra təqsirləndirilən şəxslərin iştirakı ilə 2006-cı ilin fevralında Lökbatanda çəkilən videogörüntü nümayiş etdirilib. Buna etiraz edən Kamran Əsədov, Bəxtiyar Orucov və bir neçə təqsirləndirilən şəxsin tələbləri məhkəmə tərəfindən qəbul olunmayıb.

Prosesdə Kamran Babayevlə Edqar Əliyerv arasında mübahisə yaranıb. E. Əliyev K. Əsədova üz tutaraq “müsəlmançılıqdan danışırsan, amma hər şeyin aydın olmasını istəmirsən” deyib.
Videogörüntüdə K. Babayevin çıxışında E. Əliyevin ailəsinin ünvanına nalayiq söz işlətməsi E. Əliyevi əsəbiləşdirib. Nəticədə iki təqsirləndirilən arasında əlbəyaxa dava düşüb. Buna görə məhkəmə 10 dəqiqəyə təxirə salınıb.
Fasilədən sonra təqsirləndirilən Rövşən Əbdüləliyevin Bakı Dövlət Universitetindən tanıdığı Həcər Haqverdiyeva ifadə verib.
Kamran Babayev isə söz alaraq videogörüntüdə işlətdiyi ifadəyə görə, E. Əliyevdən, onun bibisi Səmayədən, atası Eldar Osmanovdan üzr istəyib: “Demişəm səhv etmişəm. Məni bağışlayın”.
E. Əliyev isə ona “artistlik eləmə” cavabını verib.
Məhkəmə cinayət işi ilə bağlı ibtidai istintaqda adı hallandırılan, hazırda Qobustan həbsxanasında saxlanılan Anar Nurlunun prosesdə əlavə şahid kimi gətirməsi üçün aidiyyatı qurumlar tərəfindən təmin olunması barədə qərar qəbul edib.
Daha sonra söz alan K. Əsədov təqsirləndirilənləri səbirli olmağa çağırıb: “Biz mübarizə aparırıq, cihadımız ləkələməyin”.
Məhkəmə prosesi yanvarın 28-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR