Bank Of Baku

Şərurda yanğın olub

Şərurda yanğın olub
# 28 yanvar 2009 07:06 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunda yaşayış evi yanıb. Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin (DYTŞ) əməkdaşı Şakir Ağalarovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, rayonun Dəmirçi kəndində Eynulla Əliyevə məxsus mənzildə baş verən hadisə zamanı 108 kvadratmetrlik sahə tamamilə yanaraq yararsız hala düşüb.
DYTŞ əməkdaşlarının hadisəyə müdaxiləsi 148 kvadratmetr sahənin yanmaq təhlükəsinin qarşısını alıb. Hadisəyə yaşayış evinin çardaq hissəsində elektrik xətlərinin təhlükəsizlik qaydalarına uyğun çəkilməməsi nəticəsində yaranan qısaqapanma səbəb olub. Hər hansı xəsarət halı qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR