Bank Of Baku

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının cərimələnərək azadlığa buraxılacağı gözlənilir

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının cərimələnərək azadlığa buraxılacağı gözlənilir
# 28 yanvar 2009 09:06 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Azərbaycan-Gürcüstan sərhədində həbs olunmuş 4 Azərbaycan vətəndaşının işi ilə bağlı məhkəmə iclası yanvarın 30-na təyin edilib. Bu barədə APA-nın Gürcüstan bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyinin konsulu Fərhad Məmmədov məlumat verib. O bildirib ki, həbsdə saxlanılan Azərbaycan vətəndaşları Gürcüstan polisinə rüşvət təklif etdiklərini boyunlarına alıblar: “Səfirlik vətəndaşlarımızın azad edilməsi üçün əlaqədar təşkilatlarla iş aparır. Gürcüstan Xarici İşlər Nazirliyindən bildiriblər ki, cinayət işi qaldırılmasına baxmayaraq, Azərbaycan vətəndaşlarına güzəştlər ediləcək. Vətəndaşlarımızın cərimə olunaraq azadlığa buraxılacağı gözlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR