Bank Of Baku

Bakı sakini özünü güllələyib

Bakı sakini özünü güllələyib
# 28 yanvar 2009 13:17 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında 31 yaşlı şəxs özünü güllələyib. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Ələt qəsəbəsində baş verib. Qəsəbə sakini, 1977-ci il təvəllüdlü Zülfüqar Zülkaf oğlu Məmmədov Axundov küçəsi ev 35-də yaşayan əmisi, Əsibkafa Məmmədovgilə qonaq gəlib. Evdə heç kimin olmadığından istifadə edən Z. Məmmədov əmisinə məxsus ov tüfəngi ilə özünə, ürək nahiyyəsindən atəş açıb. Atəş nəticəsində o, sol çiyin nahiyyəsindən ağır yaralanıb. Atəş səsinə hadisə yerinə yetişən Z. Məmmədovun qohumları və rayon hüquq-mühafizə orqanlarının əməkdaşları yaralını təcilli olaraq xəstəxanaya aparıblar. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qaradağ rayon Prokurorluğundan isə APA-ya intihara cəhd göstərən Z. Məmmədovun uzun illərdən bəri ruhi xəstə olduğu bildirilib. Hazırda rayon Prokurorluğunun istintaq qrupu hadisə yerində araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR