Bank Of Baku

Zərdüşt Əlizadənin oğlu barədə həbs-qətimkan qərarından verilən apellyasiya şikayəti təmin olunmayıb

Zərdüşt Əlizadənin oğlu barədə həbs-qətimkan qərarından verilən apellyasiya şikayəti təmin olunmayıb
# 28 yanvar 2009 13:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Politoloq Zərdüşt Əlizadənin oğlu Salur Əlizadə barəsində həbs-qətimkan tədbiri seçilməsi barədə Nəsimi rayon məhkəməsinin qərarından verilmiş apelyasiya şikayəti təmin olunmayıb. Bu barədə APA-ya S. Əlizadənin vəkili Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə bu gün Apelyasiya Məhkəməsində iclas keçirilib. Məhkəmə birinci instansiya məhkəməsinin gətirdiyi əsasları rəhbər tutaraq S. Əlizadə barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvədə saxlanılması barədə qərar qəbul edib.

Qeyd edək ki, S. Əlizadə yanvarın 21-də həbs edilib. Nəsimi rayon məhkəməsinin qərarı ilə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. 1979-cu il təvəllüdlü S. Əlizadə Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından arıq miqdarda əldə etmə və saxlanma) ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR