Bank Of Baku

Həyat yoldaşını və qayınanasını qətlə yetirən keçmiş polis kapitanı ömürlük azadlıqdan məhrum edilib

Həyat yoldaşını və qayınanasını qətlə yetirən keçmiş polis kapitanı ömürlük azadlıqdan məhrum edilib
# 28 yanvar 2009 14:13 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Həyat yoldaşını və qayınanasını qətlə yetirməkdə təqsirləndirilən keçmiş polis kapitanı ömürlük azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Quba rayon Polis Şöbəsinin keçmiş əməkdaşı, polis kapitanı Adilşah Hacıyevə hökm oxunub. Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Bəşir Cəfərov çıxış edərək təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən A. Hacıyev Azərbaycan Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, A. Hacıyev ötən ilin iyununda həyat yoldaşı Məlahət və qayınanası Raziyyəni ov tüfəngi ilə qətlə yetirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR