Yaqub Mahmudov: “26 Bakı komissarı” ilə bağlı bütün tarixi materiallar yenidən qaldırılacaq”
Yaqub Mahmudov məzarlıqdan yalnız 23 nəfərin cəsədinin qalıqlarının aşkarlanması ilə bağlı mətbuatda gedən müzakirələri izlədiyini bildirib: “Mətbuatda gedən məlumatları mən də izləyirəm. Zaman keçdikcə, ekspertiza işləri yekunlaşdıqca və tarix sahəsində araşdırmalar aparıldıqca hər birinizə ətraflı məlumat veriləcək. Bu gün üçün isə əsas nəticə bundan ibarətdir – məzarlıqda 26 yox, 23 cəsəd aşkar olunub və bu 23 nəfərin iki növ silahdan açılan atəş nəticəsində öldürüldüyü sübuta yetirilib. Onların hamısının dizdən yuxarı və kəllə nahiyəsinə atəş açılıb. Bu cəsədlərin qalıqlarının güllələnmiş 26 Bakı komissarına aid olması heç bir şübhə doğurmur. 23 nəfər orada dəfn olunub, 3 nəfərin cəsədi isə yoxdur. Belə hiss olunur ki, həmin üç nəfər güllələnənlər arasında olmayıb”.
Y. Mahmudovun sözlərinə görə, bu fakt 26 Bakı komissarı ilə bağlı bütün tarixi məlumatların və arxivlərin yenidən qaldırılmasını zəruri edir: “Bu sübut edir ki, Sovet hakimiyyəti illərində bizim tariximizin çox məsələləri qəsdən, bilərəkdən saxtalaşdırılıb. Tarix İnstitutu artıq bununla bağlı ciddi araşdırmalara başlayıb. Məhkəmə ekspertizası öz işini görür və yeni məlumatlar olduqca mətbuata veriləcək. Hazırda mətbuatda verilən açıqlamalar elmi əsaslara malik olmayan mülahizələrdir. Onların bir çoxu bu hadisədən, bu faktdan insanların diqqətinin yayındırmağa xidmət edir. Bəziləri xaricdən verilən məlumatları təsdiq etmək istəyirlər. Lakin mən Tarix İnstitutunun direktoru olaraq üç sutka ərzində bu araşdırmalarda iştirak etmişəm və təsdiq edirəm ki, orada ancaq 23 cəsəd basdırılıb”.
Cəsədləri tapılmayan şəxslərin kimliyi ilə bağlı mülahizələrə gəlincə, Yaqub Mahmudov hazırda bununla bağlı həm tarixi araşdırma aparıldığını, həm də ekspertiza getdiyini xatırladıb: “Müxtəlif fotolarla birlikdə qalıqların analizi aparılacaq. Tarixi və ekspertiza araşdırmaları dərinləşdikcə nəticələr bəlli olacaq. Biz hələlik ancaq onu təsdiq edirik ki, orada 23 cəsəd aşkarlanıb və onlar zorakılıqla güllələnmiş 26 Bakı komissarlarıdır. Qalan məlumatlar isə elmə əsaslanmır. Bu işlə Bakı Şəhər İcra Hakimiyyəti məşğul olur. Vaxtaşırı icra hakimiyyətinin xətti ilə bütün məlumatlar veriləcək. Tarix İnstitutu da apardığı araşdırmalarla bağlı vaxtaşırı mətbuata məlumat verəcək. Orada 23 nəfərin olması onu göstərir ki, tarix saxtalaşdırılıb”.
Y. Mahmudovun sözlərinə görə, artıq Tarix İnstitutu AMEA-nın Rəyasət Heyətində araşdırmaların daha da ciddiləşdirilməsi ilə bağlı məsələ qaldırıb: “Biz bu məsələ ilə bağlı keçmiş Sovet İttifaqının müxtəlif şəhərlərinə ezamiyyətlər etməliyik. Xarici ölkələrə də ezamiyyətlər olmalıdır. Arxiv sənədləri ilə ekspertizanın nəticələri də tutuşdurulmalıdır”.
Hadisə
Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə Azarbaycana gətiriləcək
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Xəbər Lenti
Konqoda Eboladan ölənlərin sayı 447-yə çatıb
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
"Bitcoin"in qiyməti 61 min dolları ötüb
Venesuelada zəlzələ qurbanlarının sayı 2595-ə çatıb
Silahlılar Mərkəzi Afrika Respublikasında sərhəd şəhərini ələ keçiriblər, 28 nəfər ölüb
DÇ-2026: Portuqaliya 1/8 finala yüksəlib
Tramp sərvətinin trilyon dollara çatması münasibətilə Maskı təbrik edib
ABŞ Sahil Mühafizə Xidməti 3,3 milyard dollar dəyərində altı buzqıran gəmi sifariş edib
Tramp: Cəmi 4 aya İran üzərində tam hərbi qələbə qazandıq, ABŞ-ın əvvəlki müharibələri isə illərlə davam edirdi
Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
DÇ-26: İspaniya 1/8-ə 3 qolla yüksəlib
Monakoda ukraynalı biznesmenə qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib
ABŞ İrana Hörmüz boğazından pulsuz keçid müqabilində dondurulmuş aktivlərini qaytarmağı vəd edib
Rutte: Avropa və Kanada iki il ərzində müdafiə xərclərini 250 milyard dollar artıracaq
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - FOTO - YENİLƏNİB-5
Rusiyadan üzən və may ayında Fransa tərəfindən saxlanılan tanker lövbər saldığı ərazini tərk edib
Payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 6 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB-2
Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə Azarbaycana gətiriləcək
Ursula Fon der Lyayen Azərbaycana və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Nəsimi rayonunda “Polis Günü”qeyd olunub
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırıb
Polşada iki il ərzində anti-Ukrayna aksiyaları təşkil edən Rusiya agentləri ifşa olunub
Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Ermənistan Naxçıvana və Türkiyəyə gedən dəmir yolu xətlərini bərpa edəcək
İranın Ali Rəhbərinin nümayəndəsi: Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək
Ermənistan dəmir yoluna dair müqaviləni Rusiya ilə birtərəfli qaydada ləğv etməyəcək
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1400-ü keçib
Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Şavkat Mirziyoyev Gürcüstana səfər edib
Türkiyə və Azərbaycan elektrik enerjisinin ötürülməsi imkanlarını nəzərdən keçirib
Azərbaycan və Türkiyə HHQ komandanları hərbi aviasiya sahəsində əməkdaşlığı müzakirə edib
Paşinyan: Aİ Ermənistandan ixrac olunan bir sıra məhsullar üçün rüsumsuz rejim tətbiq edib
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Tramp: ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Arzu Nağıyev: Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdır