Bank Of Baku

Sumqayıtda hərbi xidmətdən yayınan şəxs həbs edilib

Sumqayıtda hərbi xidmətdən yayınan şəxs həbs edilib
# 28 yanvar 2009 15:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda hərbi xidmətdən yayınan şəxs həbs edilib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhər sakini, 1975-ci il təvəllüdlü Teymur Yəhya oğlu Cəfərov uzun müddət Cinayət Məcəlləsinin 321-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə axtarışda olub. Bir müddət Rusiyada, daha sonra isə ölkənin digər şəhərlərində gizlənərək məsuliyyətdən yayınan T. Cəfərov Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib. Hazırda onun barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR