Bank Of Baku

Lənkəran sakinindən narkotik vasitə götürülüb

Lənkəran sakinindən narkotik vasitə götürülüb
# 28 yanvar 2009 15:51 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olan şəxsi tutublar. Bu barədə APA-nın cənub bürosuna məlumat verən Lənkəran Şəhər Polis Şöbəsinin müstəntiqi Bəyəmir Cahangirovun sözlərinə görə, rayonun Lüvəsər kənd sakini Qoşqar Hüseynəli oğlu Abbaszadənin qanunsuz olaraq narkotik vasitələrdən istifadəsi haqqında şöbəyə məlumat daxil olub. Yaradılmış əməliyyat qrupu onu şübhəli şəxs qismində saxlayaraq istintaqa təhvil verib. İlkin dindirmə zamanı məlum olub ki, Q. Abbaszadə uzun müddət Rusiya Federasiyasında yaşayıb və hələ orada narkomaniya xəstəliyinə düçar olub. Azərbaycana qayıtdığı son bir ay ərzində də o, narkotik vasitələrdən istifadə edib. Q. Abbaszadənin üzərinə baxış keçirilərkən ondan bir bükümdə 0,202 qram narkotik vasitə olan heroin, həmçinin üzərində heroin izləri olan şpris və digər əşyalar aşkar edilərək götürülüb. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR