Bank Of Baku

Bakıda rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən qadın həbs edilib

Bakıda rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən qadın həbs edilib
# 29 yanvar 2009 07:56 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən qadın həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1970-ci il təvəllüdlü Bağırova Sona Böyükağa qızı Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya sənədlərdən istifadə etmə) maddəsi ilə bir müddət axtarışda olub. Səbayel rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşların həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində S. Bağırova tutularaq məsuliyyətə cəlb edilib. Hazırda onun barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR