Bank Of Baku

Moskvada qafqazlılarla yerli sakinlər arasında dava düşüb, 6 Azərbaycan vətəndaşı milis tərəfindən saxlanıb

Moskvada qafqazlılarla yerli sakinlər arasında dava düşüb, 6 Azərbaycan vətəndaşı milis tərəfindən saxlanıb
# 29 yanvar 2009 09:31 (UTC +04:00)
Moskva-APA. Rusiya paytaxtında azərbaycanlı gənclərlə yerli sakinlər arasında dava düşüb. APA-nın məlumatına görə, milis davada iştirak edən 11 nəfəri saxlayıb. Saxlananlardan 6 nəfəri Azərbaycan, 1 nəfəri Gürcüstan vətəndaşıdır. İlkin araşdırma zamanı məlum olub ki, naməlum qız öz tanışlarının elektron ünvanına məktub göndərərək, onları “Slavyanskiy bulvar” metro stansiyasının yaxınlığında keçiriləcək ad gününə dəvət edib. Təyin olunan vaxta stansiyanın yaxınlığına 60-a yaxın gənc toplaşıb. Onlar yaxınlıqdakı evin həyətinə toplaşaraq alkoqollu içki qəbul etməyə başlayıblar. Bu zaman içkili gənclərə 15 nəfərə yaxın qafqazlı yaxınlaşıb və onlar arasında mübahisə baş verib. Dava zamanı xəsarət alan olmayıb. Saxlanan şəxslər izahat yazdıqdan sonra sərbəst buraxılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR