Bank Of Baku

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ukraynada həbs olunub

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ukraynada həbs olunub
# 29 yanvar 2009 10:40 (UTC +04:00)
Jitomir-APA. 2007-ci ilin fevralından beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ukraynanın Jitomir vilayətində həbs olunub. APA-nın məlumatına görə, Ukrayna Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin mətbuat katibi Yelena Melnik 1987 il təvəllüdlü, Bakıda anadan olmuş şəxsin Azərbaycan Cinayət Məcəlləsinin 331-ci maddəsi (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) ilə axtarışda olduğunu deyib. İstintaq materiallarına əsasən, saxlanan şəxs 2007-ci ilin martında Ukraynaya gəlib və qohumlarının yanında gizlənib. Jitomir şəhər Korolevski rayon məhkəməsinin qərarı ilə o, Azərbaycana ekstradisiya olunana qədər 40 gün istintaq təcridxanasında saxlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR