Bank Of Baku

Bakı Apellyasiya Məhkəməsi məhkəmə katibləri arasında baş verən insidentlə bağlı açıqlama yayıb

Bakı Apellyasiya Məhkəməsi məhkəmə katibləri arasında baş verən insidentlə bağlı açıqlama yayıb
# 29 yanvar 2009 11:08 (UTC +04:00)
Bakı Apellyasiya Məhkəməsindən APA-ya verilən məlumata görə, açıqlamada qeyd olunub ki, mətbuatda məhkəmə katiblərinin bir-birlərini bıçaqlamalarının Azərbaycan Respublikası Ali Məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinə, hakimlərə və münaqişə tərəflərinin xidməti fəaliyyətinə heç bir aidiyyəti yoxdur: “Hadisə şəxsi münaqişə zəminində məhkəmənin inzibati binasından kənarda baş verib. Baş vermiş hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Qeyd edək ki, ötən gün Bakı Apelyasiya Məhkəməsinin iclas katibi Siyasət Soltanov şəxsi mübahisə zəminində Ali Məhkəmənin iclas katibi Azər Fərəcovu bıçaqlayıb.
Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Siyasət Soltanov həbs edilib. Onun barəsində artıq Cinayət Məcəlləsinin 29, 120.1-ci (ölümə cəhd) maddəsi ilə cinayət işinin başlanıb, istintaq tədbirləri davam etdirilir. Prokurorluqdan həmçinin ürək nahiyəsindən xəsarət alan A. Fərəcovun səhhətinin normallaşdığı bildirib.

Xatırladaq ki, hadisə barədə ilkin olaraq “Yeni Müsavat” qəzetinin bugünkü sayında məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR