Bank Of Baku

Sabirabadda və Gəncədə baş verən yol qəzalarında 3 nəfər ölüb

Sabirabadda və Gəncədə baş verən yol qəzalarında 3 nəfər ölüb
# 29 yanvar 2009 11:15 (UTC +04:00)
Bakı-APA. Bu gün saat 00.15 radələrində Sabirabad rayonunun Zəngənə kəndində kənd sakini Fərəc Allahyarov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu su kanalına aşırıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə F. Allahyarov və sərnişini, həmkəndlisi Murad Əzizov hadisə yerində ölüblər.
Bu gün saat 04.00 radələrində isə Gəncə şəhəri ərazisində şəhər sakini Hakim Şabanov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə H. Şabanov hadisə yerində dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR