Bank Of Baku

Füzuli sakini kiçik çaplı sursatın partlaması nəticəsində qəlpə yarası alıb

Füzuli sakini kiçik çaplı sursatın partlaması nəticəsində qəlpə yarası alıb
# 29 yanvar 2009 11:24 (UTC +04:00)
Bakı-APA. Dünən saat 20.00-da, Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndi ərazisində, 1974-cü il təvəllüdlü Həziyev Rövşən Sevindik oğlu, həyətdə ocaq qalayarkən kiçik çaplı sursatın partlaması nəticəsində əlindən qəlpə yarası alıb. Bu barədə APA-ya Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən bildirilib. Məlumata görə, zərərçəkən xəstəxanaya çatdırılıb.
Əraziyə ANAMA-nın mütəxəssisləri tərəfindən baxış keçirilib və həmin sursatın naməlum yerdən həyətə gətirildiyi müəyyən edilib.
Qeyd olunub ki, bu cür halların qarşısının alınması məqsədilə ANAMA tərəfindən əhalinin maarifləndirilməsi üzrə işlər aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR