Bank Of Baku

Bakı Apellyasiya Məhkəməsində Mirzə Sakitin şikayətinə baxılır

Bakı Apellyasiya Məhkəməsində Mirzə Sakitin şikayətinə baxılır
# 29 yanvar 2009 11:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı Apellyasiya Məhkəməsində “Azadlıq” qəzetinin əməkdaşı Sakit Zahidovun (Mirzə Sakit) cəzasının qalan hissəsini çəkməkdən azad olunması ilə bağlı vəsatəti rədd edən Nərimanov rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb. S. Zahidovun vəkili İsaxan Aşurovun APA-ya verdiyi məlumata görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə dinləmələr aparılıb və növbəti prosesin vaxtı müəyyən edilib. Proses fevralın 5-də davam etdiriləcək.

Xatırladaq ki, S. Zahidov ötən il dekabrın 18-də cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi ilə bağlı Nərimanov rayon Məhkəməsinə müraciət etmişdi. Ancaq onun iddiası təmin olunmamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR