Bank Of Baku

Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində yaralanan 3 nəfərdən birinin bədəninin 70%-i yanıb - FOTOSESSİYA

Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində yaralanan 3 nəfərdən birinin bədəninin 70%-i yanıb - <font color=red>FOTOSESSİYA</font>
# 29 yanvar 2009 13:37 (UTC +04:00)
Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. APA-nın Qarabağ bürosunun xəbərinə görə, yaralılardan biri - Şükür Məmmədovun durumu ağırdır. Xəstəxanadan bildirilib ki, bədəninin 70 faizi yanan Ş. Məmmədova 2 və 3-cü dərəcəli termik yanıq diaqnozu qoyulub.

Digər yaralılar Anar Səfərov və Razi Tağıyev isə əllərindən xəsarət alıblar.

Ağcabədi rayon sakini olan A. Səfərov APA-nın əməkdaşına bildirib ki, minaya düşən avtomobili o idarə edib: “Biz yolu azıb, qoşunların təmas xəttinə yaxınlaşdıq. Bu zaman qarşımıza Azərbaycan hərbçiləri çıxdı. Onlar bizi geri qaytardılar. Gəldiyimiz yolla geri dönəndə qəfil partlayış baş verdi, maşın yanmağa başladı”.

Qeyd edək ki, Ağdam rayonunun Hacıməmmədli kəndi yaxınlığında “QAZel” markalı avtomaşın cəbhə bölgəsinə, qoşunların təmas xəttinə yaxın ərazidə minaya düşüb. Mina partlaması zamanı 1984-cü il təvəllüdlü Razi Tağıyev, 1983-cü il təvəllüdlü Anar Səfərov və 1984-cü il təvəllüdlü Şükür Məmmədov xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR