Bank Of Baku

Respublika İncəsənət Gimnaziyasına zəng edən naməlum şəxs binaya bomba qoyulduğunu bildirib

Respublika İncəsənət Gimnaziyasına zəng edən naməlum şəxs binaya bomba qoyulduğunu bildirib
# 29 yanvar 2009 13:43 (UTC +04:00)
Bakı. Hafiz Heydərov, Ülkər Qasımova – APA. Bu gün Daxili İşlər Nazirliyinin 102 xidmətinə Respublika İncəsənət Gimnaziyasının binasına bomba qoyulması barədə telefon zəngi daxil olub. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, naməlum şəxs təhsil ocağına telefon açaraq binaya bomba qoyulduğunu deyib. Gimnaziyanın rəhbərliyi də öz növbəsində polisi bu barədə məlumatlandırıb. Polis, fövqəladə hallar və milli təhlükəsizlik nazirliklərinin əməkdaşları binada və ətrafında axtarış aparıblar. Axtarışa xüsusi təlim keçmiş itlər də cəlb edilib və binadakı bütün şəxslər evakuasiya olunub. Gimnaziyasının direktoru Mahizər Şabanbəyova APA-ya açıqlamasında axtarışın saat yarıma yaxın davam etdiyini, hər hansı partlayıcının aşkarlanmadığını və akt yazıldığını bildirib: “Anonim zəngin kim tərəfindən edildiyini ehtimal edə bilmərəm. Məktəbimizin 1100-ə yaxın şagirdi var. Şagirdlər arasından da, başqa şəxslərdən də anonim zəng daxil ola bilər”. Direktor telefon zəngindən sonra məktəbdə təhsil alan azyaşlı şagirdlərin stress keçirdiyini söyləyib: “Birinci sinif şagirdləri çox stress keçirdilər. Yeddi dəqiqə ərzində bütün gimnaziya evakuasiya olundu”. M. Şabanbəyova sabah dərslərin davam etdiriləcəyini vurğulayıb.

Yasamal rayon Polis İdarəsi anonim zəngi edən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR