Bank Of Baku

Tərtər sakini Bakıda yanıb

Tərtər sakini Bakıda yanıb
# 29 yanvar 2009 14:12 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında baş verən yanğında Tərtər sakini yanıb. Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün, rayonun Ş. Məmmədova küçəsində yeni inşa edilən yaşayış binasında baş verib. Sözügedən binada gözətçi işləyən, Tərtər rayon sakini, 1953-cü il təvəllüdlü Oruc Kazım oğlu Kazımovun qaldığı otaqda güclü yanğın olub. Orada olan gözətçi yuxulu olduğundan nə yanğının qarşısını ala, nə də otağı tərk edə bilib. 55 yaşlı O. Kazımov aldığı yanıq xəsarətindən elə hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR