Bank Of Baku

Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinin baxışına təqdim olunan işlərin sayı iki dəfə azalıb

Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinin baxışına təqdim olunan işlərin sayı iki dəfə azalıb
# 29 yanvar 2009 14:33 (UTC +04:00)
APA-nın Strasburqdakı xüsusi müxbirinin verdiyi məlumata görə, bu rəqəmlər Avropa İnsan Haqları Məhkəməsinin bu gün yayımlanan illik hesabatında əksini tapıb. Hesabatda bildirilir ki, ümumilikdə 2008-ci ildə Azərbaycandan AİHM-in baxışına 334 iş təqdim olunub ki, bu da bir il əvvəlki rəqəmdən (708) 374 iş azdır. Azərbaycan əhalinin hər 10 min nəfərinə nisbətdə Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunan işlərin sayına görə (0,39) MDB məkanında sonuncu yerlərdən birini tutur.

2008-ci ildə Azərbaycan vətəndaşları tərəfindən Avropa Məhkəməyə edilən 253 müraciət məhkəmə baxışı üçün əsassız sayılıb, 37 müraciət baxılmaq üçün Azərbaycan hökumətinə göndərilib, 9 müraciət isə baxılaraq təmin olunub. Təmin olunan müraciətlərdən 7-də ən azı bir hüquqi xəta aşkarlanıb. Təmin olunan müraciətlər əsasən ədalətli mühakimə hüququnun təmin olunmaması, sərbəst toplaşmaq hüququnun, söz azadlığının və mülkiyyət hüququnun pozulması, məhkəmədə effektiv müdafiənin təmin olunmaması ilə bağlıdır.

Qeyd edək ki, hazırda Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan daxil olan 1051 müraciət var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR