Bank Of Baku

Azərbaycanın millət vəkilini ölümlə hədələməkdə təqsirli bilinən Nardaran sakini barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib

Azərbaycanın millət vəkilini ölümlə hədələməkdə təqsirli bilinən Nardaran sakini barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib
# 29 yanvar 2009 14:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlını ölümlə hədələməkdə təqsirli bilinərək saxlanılan Əli Hüseynovun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə APA-ya Nərimanov rayon Məhkəməsindən məlumat verilib. Qərar yanvarın 26-da hakim Sevinc Alıyevanın sədrliyi ilə keçirilən iclasda çıxarılıb.

Qeyd edək ki, 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının öldürülməsinə dair səslənmiş hədələrlə bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanılıb. Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, Nardaran qəsəbə sakini Hüseynov Əli Hümmət oğlu 16 dekabr 2008-ci il və 09 yanvar 2009-cu il tarixlərdə qəsəbənin “İmam Hüseyn” adlanan meydanında keçirilən piket zamanı millət vəkili Sabir Rüstəmxanlıya müraciətlə cangüdənlərinin sayını artırmağı məsləhət görüb və onun ölümünə fitva verildiyini bildirərək hədələyib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. Hüseynov yanvarın 24-də şübhəli şəxs qismində saxlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR