Bank Of Baku

Naməlum şəxslər Lənkəran sakininin evini yarıblar

Naməlum şəxslər Lənkəran sakininin evini yarıblar
# 30 yanvar 2009 07:08 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Ötən gecə Lənkəranda oğurluq hadisəsi baş verib. Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) baş müstəntiqi Rövşən Rəşidovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, naməlum şəxslər rayonun Haftonu qəsəbə sakini, 1964-cü il təvəllüdlü Elxan Ağaşirin oğlu Salayevə məxsus yaşayış evinə girərək oradan ümumi dəyəri 2300 manat məbləğində olan müxtəlif adda məişət avadanlıqlarını və cihazlarını oğurlayıblar.
Faktla bağlı Lənkəran ŞPŞ-də cinayət işi açılıb, oğruların tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR