Bank Of Baku

Azərbaycan paytaxtında 17 yaşlı gənc özündən 5 yaş böyük qardaşını qətlə yetirib

Azərbaycan paytaxtında 17 yaşlı gənc özündən 5 yaş böyük qardaşını qətlə yetirib
# 30 yanvar 2009 07:10 (UTC +04:00)
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə, rayonun Rəsulzadə qəsəbəsi, Dəmiryol küçəsi, ev 16-da baş verib. Bu ünvanda yaşayan 1991-ci il təvəllüdlü Elvin Füzuli oğlu Həşimov qardaşı, 1986-cı il təvəllüdlü Rövşən Həşimovu bıçaqlayıb. R. Həşimov qara ciyərindən və qarın boşluğundan aldığı ağır bıçaq xəsarətlərindən hadisə yerindəcə keçinib.

Hadisəni törədən E. Həşimov isə qaçıb. Hazırda rayon Polis İdarəsi onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. İlkin məlumata görə, hadisənin baş verməsinə R. Həşimovun gözləri kor olan atasını təhqir etməsi səbəb olub.

Xəstə atasının təhqir olunmasına dözməyən Elvin böyük qardaşını öldürüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR