Bank Of Baku

Lənkəranda taksi sürücüsü qarət olunub

Lənkəranda taksi sürücüsü qarət olunub
# 30 yanvar 2009 07:12 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunun Şilavar kənd sakini Cavid Səddrəddin oğlu Əkbərov naməlum şəxslər tərəfindən qarət olunub. Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, iki nəfər naməlum şəxs C. Əkbərovun “Taksi” kimi istifadə etdiyi “VAZ-2103” markalı avtomaşınına əyləşərək onları rayonun Sütəmurdov kəndinə aparmasını xahiş ediblər. Yolda sərnişinlər bıçaq çıxararaq sürücüdən mobil telefonunu və cibindəki pullarını verməyi tələb ediblər. C. Əkbərov müqavimət göstərərkən naməlum şəxslər onu döyərək zor gücünə “Nokia” markalı telefonunu və 50 manat pulu götürüb aradan çıxıblar. Lənkəran ŞPŞ-nin əməliyyat-axtarış qrupu hadisəni törədən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Rəşad Akif oğlu Niftullayevi və 1980-ci il təvəllüdlü Cəfər Eldar oğlu Cəfərovu tutub. Onlar barəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR