Bank Of Baku

Azərbaycan paytaxtında çörəkbişirmə sexində partlayış baş verib, xəsarət alanlar var – YENİLƏNİB-1 FOTOSESSİYA

Azərbaycan paytaxtında çörəkbişirmə sexində partlayış baş verib, xəsarət alanlar var – <font color=red>YENİLƏNİB-1 FOTOSESSİYA</font>
# 30 yanvar 2009 07:38 (UTC +04:00)
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektində, keçmiş Karl Marks dairəsindəki “16 mərtəbə” kimi tanınan binanın qarşısındakı çörəkbişirmə sexində baş verib.

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, partlayış zamanı 3 nəfər – 1958-ci il təvəllüdlü Tamella Rza qızı Hüseynova, 1967-ci il təvəllüdlü Dilşad Pöhrəc qızı Hüseynova və 1968-ci il təvəllüdlü Gülnisə Rza qızı Lətifova xəsarət alıb. Ölən yoxdur.
İlkin ehtimala görə, hadisəyə sexdə təbii qaz sızması səbəb olub.

Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev da APA-ya bildirib ki, ilkin ehtimala görə, hadisə təbii qaz sızmasından baş verib. C. Quliyev Elşad İsgəndər oğlu Aydəmirova məxsus olan çörəkbişirmə sexində baş verən partlayış nəticəsində 3 nəfərin xəsarət aldığını, onlardan birinin vəziyyətinin ağır olduğunu deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda sexin qanunsuz fəaliyyət göstərib-göstərmədiyi araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR