Bank Of Baku

Fatmayı bağları ərazisində qətlə yetirilmiş kişi meyiti tapılıb

Fatmayı bağları ərazisində qətlə yetirilmiş kişi meyiti tapılıb
# 30 yanvar 2009 08:06 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Dekabrın 17-də saat 16.30 radələrində Fatmayı bağları massivində yerləşən “Muğan” pansionatının yaxınlığında 1959-cu il təvəllüdlü Nəsirov Aşur Nəsir oğlunun bıçaqla qətlə yetirilmiş meyiti aşkar olunub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sonradan onun idarə etdiyi “A-Lizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus «Azsamand» markalı 90 AC 578 dövlət nömrə nişanlı maşın həmin gün saat 21.30 radələrində Biləcəri şosesində, yolun kənarında tapılıb. Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən 1979-cu il təvəllüdlü Rəhimova Solmaz Asif qızı tutulmuşdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR