Bank Of Baku

Azərbaycan paytaxtında çörəkbişirmə sexində baş verən partlayışda xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır

Azərbaycan paytaxtında çörəkbişirmə sexində baş verən partlayışda xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır
# 30 yanvar 2009 08:54 (UTC +04:00)
Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov APA-ya bildirib ki, bu gün səhər saatlarında xəstəxanaya gətirilən 3 yaralıdan 2-si - 1958-ci il təvəllüdlü Tamella Rza qızı Hüseynova və 1968-ci il təvəllüdlü Gülnisə Rza qızı Lətifova vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. 1967-ci il təvəllüdlü Dilşad Pöhrəc qızı Hüseynovaya isə ambulator müalicə təyin olunaraq evə buraxılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Nərimanov rayonu Ziya Bünyadov prospektində, keçmiş Karl Marks dairəsindəki “16 mərtəbə” kimi tanınan binanın qarşısındakı çörəkbişirmə sexində ilkin ehtimala görə, qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb, ölən yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR