Bank Of Baku

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmisi Bakıda çörəkbişirmə sexində baş verən partlayışla bağlı açıqlama verib

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmisi Bakıda çörəkbişirmə sexində baş verən partlayışla bağlı açıqlama verib
# 30 yanvar 2009 08:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmisi Bakıda çörəkbişirmə sexində baş verən partlayışla bağlı açıqlama verib. APA-nın xəbərinə görə, FHN-in mətbuat xidmətinin rəhbəri Tural Müseyibov jurnalistlərə açıqlamasında bildirib ki, partlayışın baş verməsi barədə nazirliyin 112 Zəng Mərkəzinə saat 10. 05-də məlumat daxil olub. Hadisə yerinə dərhal FHN-nin xüsusi xilasetmə qrupunun əməkdaşları göndərilib. Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan 3 nəfərdən birinin vəziyyəti ağır, birinin durumu isə orta ağırdır. Xəsarət alanlardan biri isə tibbi yardım göstəriləndən sonra evə buraxılıb. T. Müseyibov deyib ki, ilkin ehtimala görə, partlayış təbii qaz sızmasından baş verib. O, sexdə qaz sobasının olmasının da buna sübut olduğunu qeyd edib.
Faktla bağlı təhqiqat aparıldığını deyən FHN əməkdaşı sexin fəaliyyət göstərdiyi tikilinin qanuna uyğun olub-olmaması ilə bağlı araşdırma aparılacağını da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR