Bank Of Baku

Saxta əsginaslar hazırlayan Şəki sakinləri tutulub

Saxta əsginaslar hazırlayan Şəki sakinləri tutulub
# 30 yanvar 2009 11:23 (UTC +04:00)
Bakı-APA. Yanvarın 28-də Şəki şəhəri ərazisində naməlum şəxs rayon sakinləri Vədud Abbasovun və Nurməmməd İsgəndərovun etimadlarını qazanaraq onlardan 110 manat alıb və əvəzində onlara 7 ədəd saxta 20 manatlıq əsginaslar verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəki (rayon) Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Şəki şəhər sakini Xeybər Məmmədov və əsginasları ona verən həmyerlisi Neman Abdullayev tutulub. N. Abdullayevin evindən 1 ədəd kompüter, 1 ədəd printer, 1 ədəd skayner və 3 ədəd saxta 20 manatlıq əsginaslar götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR