Bank Of Baku

Nardaran sakini haqqında həbs-qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarından apellyasiya şikayəti verilib

Nardaran sakini haqqında həbs-qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarından apellyasiya şikayəti verilib
# 30 yanvar 2009 11:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Nardaran qəsəbəsinin sakini Hacı Əli Hüseynov barəsində Nərimanov rayon Məhkəməsində seçilmiş 2 aylıq həbs-qətimkan tədbiri qərarından apellyasiya şikayəti verilib. Ə. Hüseynovun vəkili Əlövsət Ağamoğlanovun APA-ya verdiyi məlumata görə, apellyasiya şikayətində kənd sakini barəsində həbs-qətimkan tədbiri qərarının ləğv olunması xahiş olunub.

Qeyd edək ki, 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının öldürülməsinə dair səslənmiş hədələrlə bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə fakt üzrə cinayət işi başlanılıb. Nardaran sakini Hacı Əli Hüseynov yanvarın 24-də şübhəli şəxs qismində saxlanılıb. Yanvarın 26-da Nərimanov rayon Məhkəməsi Nardaran sakini barəsində həbs-qətimkan tədbiri seçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR