Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr olunan Kollegiya iclası keçirilib
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov ilin yekunları ilə bağlı məruzə edib.
Ramil Usubov hesabat dövründə bütün subyektlər üzrə 21692 cinayətin qeydə alındığını, onların 96 faizinin, yəni 20799-nun daxili işlər və prokurorluq orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olduğunu bildirib.
Qeyd olunub ki, təsnifatına görə cinayətlərin 89 faizini (18533-nü) böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11 faizini (2266-nı) ağır və xüsusilə ağır növlər təşkil edib. Cinayətlərin strukturunda qəsdən adam öldürmələr və ona cəhdlər 12,6 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 8,5 faiz, zorlamalar 26,5 faiz, hədə-qorxu ilə tələb etmələr 18 faiz, avtonəqliyyat vasitələrinin oğurlanması 33,3 faiz, xuliqanlıqlar 3,8 faiz azalıb. Adamları girov götürmə cinayəti isə ümumiyyətlə, qeydə alınmayıb.
Bununla yanaşı, cinayətlərin ümumi sayında 15,1 faiz artım da qeydə alınıb ki, bu da əsasən 1398 böyük ictimai təhlükə törətməyən və 1014 az ağır cinayətlərin hesabına olub. Latent xarakterli ağır və xüsusilə ağır cinayətlərin aşkarlanması üzrə daxili işlər və prokurorluq orqanlarının məqsədyönlü şəkildə həyata keçirdikləri tədbirlər nəticəsində, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və dələduzluqla əlaqədar 369 fakt çox, habelə ibtidai istintaq və xidməti yoxlamalar prosesində əlavə 174 cinayət müəyyən edilib açılıb (o cümlədən 20 qəsdən adam öldürmə, 9 quldurluq, 11 soyğunçuluq, 43 oğurluq və s.).
Nazir deyib ki, ötən il bütün subyektlər üzrə cinayətlərin açılması 82,2 faiz təşkil edib.
Bununla bərabər, şəxsiyyət əleyhinə olan cinayətlərin 97,7 faizi, banditizm cinayətlərinin isə hamısı açılıb.
Ötən il 200 cinayət, o cümlədən 15 qəsdən adam öldürmə və ona cəhd, 24 qəsdən sağlamlığa ağır zərər vurma, 13 quldurluq, 6 soyğunçuluq, 3 adam oğurluğu, 84 nəqliyyat vasitəsinin qaçırılması və sair faktlar üzrə cinayətlərin iştirakçıları dərhal yaxalanıb.
Müxtəlif cinayətlər törətdiklərinə görə respublika üzrə 14132 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. İl ərzində yerli və dövlətlərarası axtarışda olan 2963, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 152 təqsirləndirilən şəxs müəyyən edilərək tutulub: “Mütəşəkkil cinayətkarlığa, habelə dayanaqlı cinayətkar qrup və dəstələrə qarşı aparılan mübarizə də məqsədyönlü və effektli olub. Nəticədə 23 qəsdən adam öldürmə və ona cəhd, 135 quldurluq və soyğunçuluq, 17 hədə-qorxu ilə tələb etmə və s. xüsusilə ağır cinayətlər törətmiş 769 nəfərdən ibarət 227 qrup, habelə 30 mütəşəkkil dəstə zərərsizləşdirilib”.
Bildirilib ki, qanunsuz saxlanılan 1433 silah və 170 minə yaxın patron götürülmüş, nəticədə odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı 28 faiz azalıb.
R. Usubov hesabat dövründə qanunsuz dövriyyədən 651 kiloqram narkotik vasitə çıxarıldığını, “Xaş-xaş - 2008” şərti adı altında keçirilən kompleks əməliyyat-profilaktik tədbirlər nəticəsində isə ümumi çəkisi 408 tona yaxın olan narkotik tərkibli bitkinin yaşıl kütlə halında məhv edildiyini bildirib.
Nazir insan alverinə qarşı mübarizə barədə danışaraq deyib ki, bu növ cinayətlərlə bağlı 2007-ci illə müqayisədə 39,2 faiz çox - 394 fakt aşkarlanaraq 312 nəfər məsuliyyətə cəlb olunub. Cinayətlərin qurbanı olan 78 şəxs müəyyən edilib, 101 nəfərdən ibarət 43 cinayətkar qrup zərərsizləşdirilib.
O da qeyd edilib ki, ötən il qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 4,4 , qəzalarda ölənlərin sayı 5,5, yaralananların sayı 5,8 faiz azalıb. Görülən tədbirlər nəticəsində 13660 avtomobil, avtoxuliqanlıq etdiyinə görə 955 sürücü aşkarlanaraq qanunla müəyyən edilən ölçülər götürülüb. Nazir bildirib ki, prezident seçkilərinə hazırlıq dövründə, səsvermə hüququna malik bütün vətəndaşlar, ümumilikdə isə 776 min nəfər şəxsiyyət vəsiqəsi və 300 minə yaxın şəxs ümumvətəndaş pasportu ilə təmin olunub.
Prezidentin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək daxili işlər orqanlarının fəaliyyətini müsbət qiymətləndirib.
Müzakirələrdə Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov, Şəxsi Heyətlə İş İdarəsinin rəisi Mehman Mehmanov, Gəncə Şəhər Polis İdarəsinin rəisi Rasim Musayev, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Mehdi Hümbətov və başqaları hesabat dövründə görülmüş işlər barədə danışıblar.
Hadisə
Bakıda maşın dəmir maneəyə çırpılıb, sürücü ölüb
Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə Azarbaycana gətiriləcək
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Xəbər Lenti
Bakıda maşın dəmir maneəyə çırpılıb, sürücü ölüb
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızılın qiyməti 4 200 dollara yaxınlaşır
Tehranda Xamenei ilə vida mərasimi başlayıb
Dünya bazarlarında neftin qiymətləri yenidən yüksəlişə keçib
Nyu-York birjasında təbii qaz bahalaşır
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
Xəzər Rayon Məhkəməsi İlduzə Hacıyevanın cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmünə aydınlıq gətirib
Konqoda Eboladan ölənlərin sayı 447-yə çatıb
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
"Bitcoin"in qiyməti 61 min dolları ötüb
Venesuelada zəlzələ qurbanlarının sayı 2595-ə çatıb
Silahlılar Mərkəzi Afrika Respublikasında sərhəd şəhərini ələ keçiriblər, 28 nəfər ölüb
DÇ-2026: Portuqaliya 1/8 finala yüksəlib
Tramp sərvətinin trilyon dollara çatması münasibətilə Maskı təbrik edib
ABŞ Sahil Mühafizə Xidməti 3,3 milyard dollar dəyərində altı buzqıran gəmi sifariş edib
Tramp: Cəmi 4 aya İran üzərində tam hərbi qələbə qazandıq, ABŞ-ın əvvəlki müharibələri isə illərlə davam edirdi
Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
DÇ-26: İspaniya 1/8-ə 3 qolla yüksəlib
Monakoda ukraynalı biznesmenə qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib
ABŞ İrana Hörmüz boğazından pulsuz keçid müqabilində dondurulmuş aktivlərini qaytarmağı vəd edib
Rutte: Avropa və Kanada iki il ərzində müdafiə xərclərini 250 milyard dollar artıracaq
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - FOTO - YENİLƏNİB-5
Rusiyadan üzən və may ayında Fransa tərəfindən saxlanılan tanker lövbər saldığı ərazini tərk edib
Payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 6 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB-2
Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə Azarbaycana gətiriləcək
Ursula Fon der Lyayen Azərbaycana və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Nəsimi rayonunda “Polis Günü”qeyd olunub
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırıb
Polşada iki il ərzində anti-Ukrayna aksiyaları təşkil edən Rusiya agentləri ifşa olunub
Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Ermənistan Naxçıvana və Türkiyəyə gedən dəmir yolu xətlərini bərpa edəcək
İranın Ali Rəhbərinin nümayəndəsi: Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək
Ermənistan dəmir yoluna dair müqaviləni Rusiya ilə birtərəfli qaydada ləğv etməyəcək
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1400-ü keçib
Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Şavkat Mirziyoyev Gürcüstana səfər edib
Türkiyə və Azərbaycan elektrik enerjisinin ötürülməsi imkanlarını nəzərdən keçirib