Bank Of Baku

“Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Gənclər Təşkilatı 2 fevral – Gənclər Günü ilə bağlı bəyanat verib

“Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Gənclər Təşkilatı 2 fevral – Gənclər Günü ilə bağlı bəyanat verib
# 30 yanvar 2009 13:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Gənclər Təşkilatı 2 fevral – Gənclər Günü ilə bağlı bəyanat verib. Birlikdən APA-ya verilən məlumata görə, bəyanatda onlarla Azərbaycan gəncinin hələ də erməni əsir və girovluğunda olduğu qeyd olunub. Bəyanatda bildirilib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 5 minə yaxın Azərbaycan vətəndaşı itkin düşüb: “İtkin düşənlərdən 47 nəfəri uşaq, 600 nəfərdən çoxu isə gənc olub. Bu gənclərin əsir və girov saxlanıldığı şahidlər tərəfindən təsdiq olunsa da, bu günə kimi qarşı tərəfin bu faktı inkar etdiyi, bu problemin həllinə mümkün vasitələrlə maneçilik törətdiyi üçün onların azad edilməsi problem kimi qalmaqdadır. Azərbaycanlı əsir və ya girov gənclər bu gün də işğal olunmuş Dağlıq Qarabağda və Ermənistanın müxtəlif bölgələrində dözülməz şəraitdə, insan orqanizmi üçün təhlükəli olan sahələrdə ağır fiziki işlərə cəlb edir, onlardan qul kimi istifadə edərək hüquqları tapdanmış vəziyyətdə saxlayırlar. 1996-cı ilə kimi erməni əsir və girovluğundan azad edilən 1396 nəfər vətəndaşımızın 169 nəfəri uşaq olub. Mənəvi və fiziki işgəncələrə məruz qaldıqdan sonra azad edilib, hələ də depressiya içində yaşayan həmin uşaqlar artıq gəncdirlər”.
Bəyanat müəllifləri əsir-itkin övladlarını və girovluqdan azad edilən gəncləri, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarını həmrəy olmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR