Bank Of Baku

“Dövlət strukturları yanında ictimai şura modeli” mövzusunda dəyirmi masa keçirilib

“Dövlət strukturları yanında ictimai şura modeli” mövzusunda dəyirmi masa keçirilib
# 30 yanvar 2009 13:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün “El” İnkişaf Proqramları Mərkəzinin təşkilatçılığı ilə “Dövlət strukturları yanında ictimai şura modeli” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Adil Ələkbərov dövlət strukturları yanında ictimai şuraların yaradılmasının dünyanın əksər demokratik ölkələrində mövcud olduğunu və bu ənənənin Azərbaycana gətirilməsinin əhəmiyyətli olduğunu qeyd edib. Onun sözlərinə görə, yalnız Ədliyyə Nazirliyi yanında müvafiq komitə yaranıb ki, bu da artıq öz müsbət nəticələrini verməkdədir.
Hüquq müdafiəçisi Kamil Səlimov vətəndaş cəmiyyətinin qurulmasında ictimai nəzarətin əhəmiyyətinin böyük olduğunu qeyd edib. Onun sözlərinə görə, dövlət məmurları ictimai nəzarətin olması faktını gördükdən sonra onlar öz fəaliyyətlərində daha qanunauyğun davranmağa məcbur olurlar: “QHT-lərin əksəriyyətində professional insanlar çalışırlar. Onların belə ictimai şuralarda fəaliyyət göstərməsi ümumi işin xeyrinə ola bilər”. K. Səlimovun sözlərinə görə, ictimai şuraların fəaliyyəti üçün ilk növbədə dövlət strukturlarının rəhbərləri buna razılıq verməlidirlər.
Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət İctimai Komitənin koordinatoru Sahib Məmmədov isə təmsil etdiyi qurumla bağlı məlumat verib. Onu sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən dövlət strukturlarının hər birinin fərqli xüsusiyyətləri var, ona görə də hər bir dövlət qurumuna uyğun ictimai şura modelini tapılmasını vacib sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR